�365betٷվ Steel Company� QSC � “Açıq tender� elan edir
Tenderin predmeti: �365betٷվ Steel Company� Qapalı Səhmdar Cəmiyyətinin işçi heyəti üçün fərdi mühafizə vasitələrinin tədarükü. Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır. Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin� müvafiq elektron poçt ünvanına [email protected] və ya yazılı şəkildə (Bakı, Dərnəgül şössesi, Mir-Cəlal küç.15 ünvanına) “Açıq tender�-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər. Elan əsasında iştirak etmək istəyən təchizatçılar Açıq tender şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş ilkin sənədləri ən gec 19 Sentyabr 2023-cü il saat 10:00-a PDF formatında [email protected] ünvanına göndərməlidir:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)
- İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);